Suriyada SEPAH-ın 4 əməkdaşı öldürüldü

Dünya

145

Suriyada SEPAH-ın 4 əməkdaşı öldürüldüİran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Məhəmməd Rza Əhməd, Cavad Əkbəri, Sertac Can və Nevid Hüseyn adlı 4 nəfər əməkdaşı Suriyada öldürülüb.

Conflict.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə İranın dövlət agentliyi xəbər yayıb.

İran hökuməti hərbiçilərin öldüyünü təsdiqləsə də, ancaq Suriyanın hansı ərazilərində öldürüldüyü barədə məlumat vermir. SEPAH kəşfiyyatçılarının Suriya müxalifəti tərəfindən öldürüldüyü ehtimal olunur.

Ölən əsgərlərin noyabrın 13-də Qum şəhərində dəfn ediləcəyi gözlənilir.

Xatırladaq ki, 2011-ci ildən etibarən Suriyada meydana gələn vətəndaş müharibəsində İran ordusu Bəşər Əsədə dəstəyini nümayiş etdirmək üçün bu ölkəyə yüzlərlə silahlı hərbiçi göndərib. Bu ilin oktyabrın ayından bəri isə İran ordusu Suriyada 3 generalını, 54 əsgərini itirib.
Conflict.az