Lukaşenko 5-ci dəfə Belarus prezidenti kimi and içdi - Yenilənib

Dünya

144

Lukaşenko 5-ci dəfə Belarus prezidenti kimi and içdi - YenilənibAleksandr Lukaşenko beşinci dəfə Belarus prezidenti kimi and içib və səlahiyətlərinin icrasına başlayıb.
Bu haqda "BelTA" agentliyi məlumat yayıb. Məlumata görə, A.Lukaşenko noyabrın 6-da "Müstəqillik Sarayı"nda ölkə konstitusiyasının xüsusi nüsxəsinə sağ əlini basaraq, and içib. İlk dəfədir ki, andiçmə "Müstəqillik Sarayı"nda keçirilib.
Andiçmə mərasimində mindən çox qonaq iştirak edib. Andiçmədən sonra A.Lukaşenko Belarus prezidenti kimi vəzifə səlahiyyətlərinin icrasına başlaması haqda uyğun aktı imzalayıb. Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina ona prezident vəsiqəsini təqdim edib.

* * *11:31

Bu gün Belarus prezidenti Aleksandr Lukaşenkonun inaqurasiya mərasimi keçiriləcək. “Belta” nəşri xəbər verir ki, mərasim Müstəqillik Sarayında baş tutacaq. Müstəqillik Sarayında ilk dəfə inaqurasiya mərasimi keçiriləcək. Xatırladıq ki, Aleksandr Lukaşenko oktyabrın 11-i keçirilən seçkilərdə seçicilərin 83,49 faiz səsini qazanaraq yenidən Belarusun prezidenti seçilib. Seçkilərdə seçicilərin 81,77 faizi səsvermədə iştirak edib. Respublika ərazisində 6100 seçki məntəqəsi fəaliyyət göstərib. Respublikadan kənarda yaşayan Belarus vətəndaşları üçün isə 49 seçki məntəqəsi yaradılıb.

Lukaşenko seçkidə qalib gəlməklə beşinci dəfə Belarus prezidenti olub.

Conflict.az