İran Suriya böhranının nizamlanmasında əsas tərəfdaş ola bilər

Dünya

58

İran Suriya böhranının nizamlanmasında əsas tərəfdaş ola bilər
İran Suriyadakı vəziyyətin nizamlanmasında əsas tərəfdaş ola bilər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
“İran ola bilər”, deyə Kirbi brifinqdə jurnalistin “ABŞ İranı Suriya böhranının nizamlanmasında əsas tərəfdaş sayırmı?” sualına cavabında bildirib.
İran oktyabrın 29-da Suriya böhranının nizamlanmasına dair Vyanada keçiriləcək beynəlxalq danışıqlarda iştirak etmək üçün dəvət edilib.
Conflict.az