Türkiyə-Rusiya qaz qalmaqalı ciddi hal alıb

Dünya

113

Türkiyə-Rusiya qaz qalmaqalı ciddi hal alıb
Türkiyə Rusiyaya görə beynəlxalq arbitraja müraciət edib.

Türkiyə Rusiyadan aldığı mavi yanacağın qiymətinə endirim mövzusunda razılığa gələ bilmədiyi üçün dünən beynəlxalq arbitraja müraciət edib.

Bu haqda “Röyter”ə məlumat verən enerji nümayəndəsi “Qazprom”la bir müddətdir danışıqların davam etdiyini, ancaq heç bir nəticənin olmadığını bildirib.

Rusiya Prezidenti Vladimir Putin 2014-cü ilin dekabrında Türkiyə səfəri zamanı bu ölkəyə satılan qazın qiymətində 2015-ci ilin yanvarından 6 %-lik endirim edəcəklərini söyləmişdi. Türkiyə və Rusiya arasında 2015-ci ilin yanvarından gözlənilən endirimdə razılığa gəlinməsinə baxmayaraq, rəsmi imzalanma olmayıb.
Conflict.az