Sərnişin avtobusu dayanacağa girdi - 11 nəfər öldü

Dünya

118

Sərnişin avtobusu dayanacağa girdi - 11 nəfər öldüTürkiyə paytaxtında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli mətbuata istinadən xəbərinə görə, Ankarada şəhər daxilində sərnişin daşıyan avtobus idarəetmədən çıxıb və dayanacaqda gözləyən insanları əzib. Nəticədə 11 nəfər ölüb, 8 nəfər isə ağır bədən xəsarətləri alıb. Paytaxt valiliyindən verilən açıqlamada bildirilir ki, Cəbəci qəsəbəsində təkəri boşalan avtobus dayanacağa girib. Nəticədə bu faciə baş verib.
Conflict.az