Gürcüstanın müdafiə naziri qadın olacaq

Dünya

191

Gürcüstanın müdafiə naziri qadın olacaq Baş nazir İrakli Qaribaşvili yeni kabinetin tərkibini açıqlayıb.
Gürcüstan tarixində ilk dəfə olaraq müdafiə naziri vəzifəsinə namizəd olaraq qadın təqdim edilib.
2012-ci ildə hakim koalisiyadan millət vəkili seçilmiş 42 yaşlı Tina Xidaşeli avrointeqrasiya üzrə parlament komitəsinin rəhbəridir.
"O, ictimai siyasətdə, o cümlədən hərbçilərin hüquqlarının müdafiəsi sahəsində, böyük təcrübəyə malikdir", - Gürcüstan hökumətinin rəhbəri deyib.
İrakli Qaribaşvili hərmçinin təbii sərvətlər və idman nazirliyinin yeni başçılarını təqdim edib. Qalan nazirlər vəzifələrində qalıb.
2012-ci ildə parlament seçkilərində qalib gəlmiş Gürcü arzusu koalisiyasının formalaşdırdığı hökumətdən sayca 7-ci nazirin istefasından sonra höklumətə etimad məsələsi gündəmə gəlib.
Nazirlər kabinetinin yeni tərkibini parlament təsdiq etməlidir.
Parlament çoxluğunun lideri David Saqanelidze bildirib ki, məsələ səsverməyə bu həftənin sonuna kimi çıxarıla bilər.