Misir hökuməti istefa verdi

Dünya

115

Misir hökuməti istefa verdi Misirin Baş naziri İbrahim Mihlib hökumətin istefasını prezidentə təqdim edib.

Prezident administrasiyasından verilən məlumata görə, baş nazir bu gün toplantı çağırıb və son dövrdə görülən işlərin hesabatını qəbul edib. Daha sonra o, hökumətin istefasını prezidentə təqdim edib.

İstefanı qəbul edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi Neft və Mədən Resursları naziri Şərif İsmayıla bir həftə ərzində yeni hökumət qurmağı tapşırıb.

İbrahim Mihlibin başçılıq etdiyi hökumət son vaxtlarda vəzifədən sui-istifadə və rüşvət əməliyyatlarında günahlandırılırdı.
Conflict.az