Vladimir Putin və Angela Merkel görüşəcək

Dünya

167

Vladimir Putin və Angela Merkel görüşəcək Rusiya prezidenti Vladimir Putin mayın 10-da Moskvada Almaniya kansleri Angela Merkellə görüşəcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Biz Almaniya kanslerini mayın 10-da gözləyirik. Əvvəl Putin və Merkel arasında təkbətək, sonra isə geniş heyətdə danışıqlar baş tutacaq”, deyə D.Peskov bildirib.



Onun sözlərinə görə, danışıqların yekunlarına görə iki ölkə lideri birgə mətbuat konfransı keçirəcək.