Kim Çen In əldə olunan razılaşmanı tarixi şans adlandırdı

Dünya

51

Kim Çen In əldə olunan razılaşmanı tarixi şans adlandırdıDanışıqlar avqustun 23-də bərpa edilib
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənubi Koreya ilə münaqişənin deeskalasiyası ilə bağlı əldə olunan razılaşmaları tarixi şans adlandırıb.
O qeyd edib ki, tərəflər böyük partiyanın nüvə vasitələrinə malik yaratdığı nəhəng hərbi gücün sayəsində sözügedən razılaşmaya nail olublar.
Koreya Xalq Demokratik Respublikası (KXDR-Şimali Koreya) və Cənubi Koreya arasında danışıqlar avqustun 23-də bərpa edilib.

Hərbi qarşıdurmanın səngidilməsi məqsədilə aparılan danışıqlar bağlı qapılar arxasında keçirilirdi.
Qeyd edək ki, Koreya yarımadasında vəziyyət avqustun 20-də gərginləşmişdi. Cənubi Koreya bəyan edib ki, ABŞ-la birgə hərbi təlimlər keçirilən zaman KXDR ərazisindən artilleriya atəşinə məruz qalıb. Cənubi Koreya artilleriyası atəş nöqtəsinə cavab zərbələri endirmişdi.

Şimali Koreya isə öz növbəsində bəyan edib ki, Cənubi Koreya heç bir səbəb olmadan atəş açmışdı.

Nəticədə tərəflər bir-birini təxribatda ittiham edərək, qisas alacaqları ilə hədələmişdi.
Conflict.az