Putindən cavab gəldi

Dünya

236

Putindən cavab gəldi Rusiya prezidenti Vladimir Putinin İrəvanda "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı mərasimlərdə iştirak etməsi Türkiyə tərəfinin mənfi reaksiyasına səbəb olmamalıdır.
Conflict.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskov bildirib ki, Putinin İrəvanda mərasimlərdə iştirak etməsi Ankara tərəfindən mənfi şəkildə qələmə verilməməlidir.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi Rusiya prezidentinin 1915-ci il hadisələri ilə əlaqədar "soyqırım" ifadəsini işlətməsi ilə bağlı rəsmi bəyanat yaymışdı.
Bəyanatda bildirildi ki, Rusiya prezidenti Vladimir Putinin bütün xəbərdarlıq və çağırışlarımıza rəğmən 1915-ci il hadisələrini soyqırım olaraq qiymətləndirməsini rədd edir və qınayırıq. Hüququn açıq şəkildə pozulduğu bu cür açıqlamalar Türkiyə tərəfindən qəbul edilmir.