Baş katib Gürcüstana gedir

Dünya

83

Baş katib Gürcüstana gedirNATO baş katibi Yens Stoltenberq avqustun 26-27-də Gürcüstanda səfərdə olacaq. Conflict.az-ın gürcü informasiya qaynağına istinadən verdiyi xəbərə görə, alyans rəhbəri həftəsonu burada NATO təlim mərkəzinin açılışında iştirak edəcək.

Məlumatlara görə, Stoltenberq Gürcüstanın siyasi və hərbi rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən prezident, baş nazir, parlamentin spikeri, XİN başçısı ilə görüşəcək. Həmçinin, NATO-nun çevik qüvvələri üçün hazırlanacaq gürcü hərbçilərindən ibarət rota ilə təmasda olacaq.
Səfər çərçivəsində habelə Gürcüstanın alyansa üzvlüyü ilə bağlı məsələlərin bütün spektri diqqət mərkəzində olacaq.
Qeyd edək ki, bu, NATO baş katibinin Gürcüstana ilk səfəridir.
Conflict.az