ABŞ-da daha bir şəhər özünü müflis elan etdi

Dünya

64

ABŞ-da daha bir şəhər özünü müflis elan etdiABŞ-ın Kentukki ştatındakı bir şəhər özünü müflis elan edib.
Ölkə.az xəbər verir ki, Hillvyu adlı 8 min nəfərlik əhalisi olan şəhər 100 milyon dollarlıq borcun altından çıxa bilməyincə özünü iflasa uğramış elan edib.
Məlumata görə, şəhər büdcəsinin aktivlərinin ümumi dəyəri cəmi 10 milyon dollardır.
Xatırladırıq ki, bundan əvvəl 2013-cü ildə ABŞ-ın avtomobil istehsalının mərkəzi hesab edilən Detroyt özünü müflis elan etmişdi. Hazırda bu bir zamanların milyarder şəhəri indi evsizlərin məskəninə çevrilib.
Conflict.az