Mahmud Abbas istefa verdi

Dünya

69

Mahmud Abbas istefa verdi Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin sədrliyindən ayrıldığını açıqlayıb.

Fələstin Adminstrasiyasının rəhbəri ilə birlikdə Xənnan Əşravi, Saib Ərikat, Əhməd Məcdlani, Mahmud İsmaili, Əhməd Kurey və Həsən Elşək də təşkilatın İcra komitəsindən ayrıldıqlarını bəyan ediblər.

Conflict.az xəbər verir ki, bu barədə İslamazeri.az məlumat yayıb. FAT İcra komitəsi üzvlərinin yarısından çoxunun istefa verməsini və bu yolla Fələstin Milli Məclisinin qanuni olaraq toplanmasının təmin edilməsini istəyib.

Fələstin Milli Məclisi bu təşkilatın qanunvericilik məclisidir, iki ildə bir dəfə toplaşır və İcra Komitəsinin 18 nəfərlik üzvünü müəyyən edir.
Conflict.az