Kreml: Putinin Ermənistan səfəri Türkiyə ilə əlaqələrə zərər verməz

Dünya

162

Kreml: Putinin Ermənistan səfəri Türkiyə ilə əlaqələrə zərər verməz Kremldən Vladimir Putinin 24 Aprel günü Ermənistana səfər etməsinin Rusiya - Türkiyə münasibətlərinə təsir göstərməyəcəyi bildirilib.
Conflict.az rus mediasına istinadən xəbər verir ki, Putinin səfər proqramı ilə əlaqədar məlumat verən Dmutriy Peskov "Rusiya ilə Türkiyə arasında iqtisadi olaraq möhkəm tərəfdaşlıq əlaqələri var. Bu əlaqə qarşılıqlı mənfəətə söykənir. Beynəlxalq sahədə də fikirlərimiz bir çox mövzuda üst-üstə düşür. Bu səbəbdən prezident Putinin Ermənistana səfəri Türkiyə ilə ikitərəfli əlaqələrə zərər verməyəcək” deyib.