Türkiyə Suriya sərhədinə ordu yığır

Dünya

150

Türkiyə Suriya sərhədinə ordu yığır Türkiyənin yaxın müddətdə Suriyaya girəcəyi ilə bağlı yayılan xəbər təsdiqlənməkdədir.

Conflict.az xəbər verir ki, türk mediası hazırda Türkiyə ordusu və hərbi texnikasının Suriya sərhədinə (Şırnak vilayəti) cəmləndiyi barədə məlumat yayıb.

Az öncə Türkiyə Silahlı Qüvvələrinin gələn həftə Suriyanın şimalında PKK-ya qarşı quru və hava əməliyyatlarına başlayacağı bildirilmişdi. “Takvim” qəzeti hərbi mənbələrinə istinadən əməliyyatların Şimali İraqdakı Qəndil, Hakurk və Avaşin düşərgələrindən Suriyanın Cəzirə kantonuna qaçan 1500-ə yaxın PKK-çıya qarşı keçiriləcəyini yazmışdı.
Conflict.az