Putin və Ərdoğan arasında qalmaqal

Dünya

184

Putin və Ərdoğan arasında qalmaqal Rəsmi Moskva yayılan xəbərlərlə bağlı açıqlama verdi.
Kremldən Rusiya və Türkiyə prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan haqqında kütləvi informasiya vasitələrində yayılan məlumatlar haqqında açıqlama verilib.

conflict.az-ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Ərdoğanı diktator adlandırması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Onun sözlərinə görə, Putinin Moskvadakı Türkiyə səfiri Ümit Yardımı yanına çağırması və prezident Rəcəb Tayyib Ərdoğana deməsi haqqında yayılan xəbərlərin heç bir əsası yoxdur.

"Səfir Yardım Putinin iqamətgahına çağırılmayıb və iddia edildiyi kimi heç bir danışıq olmayıb", deyə Peskov bildirib.

Bununla yanaşı Peskov Suriya prezidenti Bəşər Əsədin Putindən Suriyaya Rusiya ordusunun yeridilməsi istəyi ilə bağlı xəbərləri də təkzib edib.


Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Vladimir Putinin 1915-ci il hadisələri ilə əlaqədar İrəvanda təşkil edilən mərasimə qatılmasından sonra Ərdoğanla onun haqqında kütləvi informasiya vasitələrində neqativ xəbərlər yayılır.
Putin və Ərdoğan arasında qalmaqal
Bir müddət əvvəl Türkiyə hökuməti iyunun 13-də Rusiya və Türkiyə prezidentlərinin Bakıda keçirilən görüşü ilə bağlı yayılan xəbərlərə münasibət bildirmişdi.

"Bakıda Ərdoğan-Putin görüşü ilə bağlı Rusiya qəzetlərindən birində yer alan xəbər sadəcə bir təfəkkürün məhsuludur. İddiaya görə, görüşdən əvvəl gərginlik yaşanıb. Bütün bunlar əsassızdır", deyə bildirilirdi.

Məsələ ilə bağlı rusiya tərəfi də açıqlama vermişdi. Rusiya prezidentinin mətbuat katibi bildirmişdi ki, Bakıda Putinlə Ərdoğanın görüşü konstruktiv keçib. Onun sözlərinə görə, görüş zamanı heç bir gərginlik yaşanmayıb.

Rusiya mətbuatı iddia edirdi ki, iyunun 13-də Rusiya və Türkiyə prezidentlərinin görüşü zamanı Putin Ərdoğanı bir müddət gözlədib və bu, kiçik protokol böhranına səbəb olub.
Conflict.az