“Analoqu olmayan rus raketləri”

Dünya

141

 “Analoqu olmayan rus raketləri” “İsgəndər” raket komplekslərinin 2015-ci ilin iyununda sınaqdan keçirilməsi ABŞ-da Rusiyanın orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağı ilə bağlı qorxu yaradır.

Conflict.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felqenqauer söyləyib. Onun sözlərinə görə, Rusiya bu addımı atsa, Avropadakı Amerika raketlərinin sayı artacaq:

“Kreml hələlik bu müqavilədən çıxmağı düşünmür. Lakin 2007-ci ildə Putin bu müqavilənin Rusiyaya sərfəli olmadığını demişdi. Təbii ki, NATO-nun rus raketlərinə qarşı analoqu yoxdur. Bu tip raketlər heç onlara gərək də deyil. Onların güclü aviasiyası var. Rusiyanın taktiki aviasiyası Qərbə nisbətdə çox zəifdir. Onlar yad ərazilərdə hərəkət edə bilmirlər. Ona görə də Rusiya indi raketlərə öz yatırımını edir”.
Conflict.az