NATO toplanır bəs Türkiyənin məqsədi nədir?

Dünya

134

NATO toplanır bəs Türkiyənin məqsədi nədir? Bu gün Brüsseldə rəsmi Ankaranın tələbi ilə NATO-nun fövqəladə toplantısı keçiriləcək.

Conflict.az xəbər verir ki, görüş səfirlər səviyyəsində reallaşdırılacaq və Türkiyə əməliyyatlar barəsində təşkilatı məlumatlandıracaq.

Türkiyənin NATO-dan bəzi tələblərinin olacağı iddia edilib.

“Sabah” qəzetinin əldə etdiyi məlumata görə, rəsmi Ankara NATO-dan Türkiyənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsini tələb edəcək.

Türkiyənin Suriya ilə sərhədində təhlükəsizliyi artırmaq məqsədi ilə NATO ölkələrindən kəşfiyyat yardımı istəyəcəyi də bildirilir.

Qeyd edək ki, 2013-cü ildə Suriyada vətəndaş müharibəsinin yaratdığı təhlükəyə görə NATO Türkiyənin sərhəd bölgələrində “Patriot” raketləri yerləşdirmişdi.
Conflict.az