ABŞ aviaşirkəti “Boinq”lərdən imtina edir

Dünya

48

ABŞ aviaşirkəti “Boinq”lərdən imtina edirABŞ-ın “Unayted Eyəlayns” aviaşirkəti “Boinq 757-200s” təyyarələrini “Eyrbas A321XLR”lə əvəzləmək barədə qərar qəbul edib

Axar.az xəbər verir ki, aviaşirkətin 50 yeni təyyarə sifariş verəcəyi bildirilib. Təyyarələrin şirkətə 2024-cü ildə təhvil veriləcəyi vurğulanıb.

Qeyd edək ki, “Boinq” şirkəti hazırda yeni ortamagistral tədarük etmək imkanına sahib deyil. Belə ki, Boinq-737 MAX-la bağlı yaşanan iki qəzadan sonra şirkətin təyyarələri öz populyarlığını itirib.