Türkiyədə ard-arda iki zəlzələ olub

Dünya

180

Türkiyədə ard-arda iki zəlzələ olub
Çanaqqalada Rixter şkalası ilə 4.3 bal gücündə zəlzələ baş verdikdən sonra 4.8 gücündə daha bir yeraltı təkan olub.

Türk mediasından alınan məlumatlara görə, saat 04:26-da mərkəz bazası Eceabat olan bölgədə 4.3 gücündə zəlzələ qeydə alınıb.

Yerin 14,57 kilometr dərinliyində yaranan zəlzələ şəhərin çox hissəsində hiss olunub.

Saat 05.39-da episentri Eceabatda olmaqla 4.8 gücündə ikinci zəlzələ də yaşanıb.
Yerin 10 kilometr dərinliyində yaşanan zəlzələ böyük təşvişə səbəb olub.
Conflict.az