İdarə rəisi “Sevil” massivindən danışdı - YENİLƏNİB » Conflict.az

İdarə rəisi “Sevil” massivindən danışdı - YENİLƏNİB

Cəmiyyət

138

İdarə rəisi “Sevil” massivindən danışdı - YENİLƏNİB 2015-ci ilin yarımilinə həsr olunmuş mətbuat konfransında danışan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev cari ildə tikinti sektorunda yol verilən cinayət işləri ilə bağlı məlumat verib.

Conflict.az xəbər verir ki, qurum rəsmisi bir neçə mənzil-tikinti korporotivlərinin işinin aidiyyəti üzrə məhkəmələrə göndərildiyini deyib:

“Bu il ərzində baş idarə tərəfindən istintaqı başa çatmış bir neçə ictimai əhəmiyyət kəsb edən cinayət işi məhkəmələrə göndərilib. Həmin işlərdən biri “Sevil” yaşayış massivinin vəzifəli şəxslərinin işidir. Eyni zamanda Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının rəhbəri İsa Veyisov və onun rəhbərlik etdiyi dəstənin cinayət işi də məhkəməyə göndərilib. Bundan başqa məhkəmələrə göndərilən cinayət işləri arasında “Aqrolizinq” və bir sıra tikinti şirkətlərinin rəhbər şəxsləri də var. Ümumilikdə 77 milyon 680 min manatlıq cinayət faktı qeydə alınıb. Bunlardan 23 milyon manatı istintaq müddətində ödənilib”.
Conflict.az