Cavid Qurbanov baş nazir olmaq istəyirmiş… – İDDİA

Cəmiyyət

52

Cavid Qurbanov baş nazir olmaq istəyirmiş… – İDDİA Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla bağlı DİA.AZ-a ilginc informasiya daxil olub. Mötəbər mənbənin iddialarına görə, QSC sədri özünü daha yüksək vəzifədə görürmüş və bu barədə iş də aparırmış. Amma sonda istəyinə çata bilməyib.

Mənbənin dia.az-a söylədikləri: “Cavid Qurbanov Artur Rəsizadədən sonra baş nazir postunu tutmaq istəyirdi. Doğrudur, bir ara adını Bakı meri postuna namizəd kimi hallandırdılar. Əslində təsadüfi deyildi. Sadəcə Cavid Qurbanova bununla işarə etdilər ki, sən “Azərbaycan Dəmir Yolları”ndan sonra uzağı Bakı meri ola bilərsən. O isə baş nazir olmaq istəyirdi. Lakın alınmadı”.

Mənbə iddia edir ki, Cavid Qurbanov özünü eyni zamanda yeni güc mərkəzi kimi də formalaşdırmağa çalışır. Qeyd edək bu barədə daha geniş bilgilərimizi araşdırma materialımızda təqdim edəcəyik. Bizi izləyin…

İddia olunanlarla bağlı qarşı tərəfdən də münasibət öyrənməyə çalışacağıq.