Sizin reklam burada
Sizin reklam burada

Hər kəsin istifadə etdiyi bu yağlar insanı gənc yaşda öldürür - Alimdən ŞOK XƏBƏRDARLIQ

Hər kəsin istifadə etdiyi bu yağlar insanı gənc yaşda öldürür - Alimdən ŞOK XƏBƏRDARLIQTrans yağlardan çox istifadə edən şəxslərin infarkt keçirmə riski digərlərinə nisbətdə 3 dəfə çoxdur. Bu da gənc yaşlarda ölüm riskini artırır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyəli professor, qastroenteroloq Alparslan Tanoğlu açıqlama verib.

Professor bu yağların hazır qidaların içərisində olmasının sağlamlığa qarşı ciddi təhdid daşıdığını deyib:

“Trans yağlar bədən üçün əvəzedilməz qidalar sırasında deyil. Düzdür, ət və süd məhsullarında təbii halda bu yağlar ola bilər. Ancaq hazır qidaların tərkibində sağlamlığa zərər verəcək səviyyədə olmamasına diqqət etmək lazımdır. Bu yağların əsas zərəri bədəndə yağ balansını pozmasıdır. Bu zaman “pis xolesterol” səviyyəsi artır, ürək-qan damar sistemi xəstəliklərinə səbəb olur. İnfarkt riskini 3 dəfə artırmaq və gənc yaşda ölümə səbəb olması ilə yanaşı piylənmə, qaraciyər yağlanması, diabet, alzaymer kimi xəstəliklər, hamiləlikdə düşüklərə, süd və bağırsaq xərçənginə səbəb ola biləcəyi ilə bağlı elmi araşdırmalar var”.

A.Tanoğlu bildirib ki, zərərlərinin bilinməsinə baxmayaraq hələ də, bu yağlardan istifadə edilməsinin əsas səbəbi qiymətinin ucuz olmasıdır:

“Xüsusən, hazır kartof qızartmaları, biskvitlər, şokalad növləri kimi məhsullarda trans yağlardan istifadə edilir. Digər yağlara görə trans yağların daha uzun ömürlü olması da ondan istifadəni şərtləndirən amillərdəndir. Dünyadakı sağlamlıq təşkilatları trans yağlardan istifadəni mümkün qədər azaltmaq istiqamətində çalışır. İnfarkt hallarının artması trans yağlardan istifadə ilə bağlı qanun layihəsinin hazırlanmasını labüd edir. Ona görə də alimlər trans yağlar əvəzinə hazır qidalarda zeytun, soya, qarğıdalı yağı və ya kərə yağından istifadəni məsləhət görür”.

  • Sosial şəbəkədə paylaş