İlham Əliyev indoneziyalı həmkarına məktub göndərdi

Cəmiyyət

71

İlham Əliyev indoneziyalı həmkarına məktub göndərdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya məktub göndərib.

Axar.az sözügedən məktubu təqdim edir:

“Hörmətli cənab Prezident,

İndoneziya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.