Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin edildi

Cəmiyyət

41

Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin edildi8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə gündəmə gələn Bakı şəhəri 162 saylı orta məktəbinə yeni direktor təyin olunub.
Mia.az xəbər verir ki, nazir Ceyhun Bayramovun əmri ilə həmin məktəbə Bakının Nərimanov rayonunda yerləşən Məktəb-Lisey Kompleksinin (200 və 43 saylı məktəb) təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Nəzərova təyin edilib. O, artıq dünəndən kollektivə təqdim olunub.
Xatırladaq ki, Elina Hacıyevanın intiharından sonra sözügedən məktəbin direktoru Sevinc Abbasova vəzifəsindən azad edilib. Onun barəsində cinayət işi açılaraq, barəsində ev dustaqlığı qərarı çıxarılıb.