Bakıda restoranda yanğın: FHN məlumat yaydı

Cəmiyyət

22

Bakıda restoranda yanğın: FHN məlumat yaydıBakıda Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsində "Pioneer Lounge” restoranında baş vermiş yanğın söndürülüb.

FHN-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

“Bu gün səhər saatlarında "Pioneer Arena" stadionunun binasının sonuncu mərtəbəsində yerləşən "Pioneer Lounge”da yanğın baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülüb” – məlumatda qeyd olunub.