SPACE TV-DƏ MAAŞ QALMAQALI - “DEKABRDAN PULUMUZU ALA BİLMİRİK...”

Cəmiyyət

44

SPACE TV-DƏ MAAŞ QALMAQALI - “DEKABRDAN PULUMUZU ALA BİLMİRİK...”Mühafizə xidmətinin 6 nəfər əməkdaşı işdən ayrılıb

Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 93, ev 71-də yaşayan Ağayev Vüqar Böyükağa oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə,Birinci vitse-prezident Mehriban Əliyevaya, Space TV-nin baş direktoru Vaqif Mustafazadəyə və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:

“Yazıb bildirirəm ki, mən, 2018-ci ilin aprelin 20-dən etibarən Space TV-də mühafizə xidmətində rəsmi işə başlamışam və bu ilin aprelin 8-də işimdən ayrılmağa məcbur olmuşam. Buna səbəb aylarla maaşlarımızın verilməməsi, qəsdən ləngidilməsi idi.

Aylıq maaşım 400 manat idi. 2018-ci ilin dekabrın 1-dən aprelin 8-dək olan maaşımı, cəmi 1701 manat pulumu müxtəlif bəhanələrlə vermədilər. Səbələrdən biri də bunu göstərdilər ki, Space TV-nin büdcəsində pul yoxdur. Amma görürdük ki, reklamlardan kifayət qədər gəlir əldə edirlər.
SPACE TV-DƏ MAAŞ QALMAQALI - “DEKABRDAN PULUMUZU ALA BİLMİRİK...”
Digər bəhanələri də bu idi ki, Space TV kinofilmlər çəkməklə məşğuldur və bütün pullar bu istiqamətdə xərclənir. O zaman dövlət büdcəsindən ayrılan 3 milyon manat necə oldu? Guya Hollivuddan çoxlu aktyorlar dəvət ediblərmiş, pul çatdıra bilmirlər. Pulun ödənilməsi üçün Space TV-nin icraçı direktoru Kamil müəllimə dəflərlə müraciət edirdik. Hər dəfə də bəhanələrlə “3-5 günə verərik” vədi verirdi. Şəxsən mənə də bildirdi ki, “gözlə, sənin maaşının hamısını verərik”.

Amma nə fayda. Bizim şirkət, yəni, P.S.S şirkəti rəhbərliyi də çox çalışsalar da, onları da süründürməçiliyə salırdılar. Son ayda isə iqtisadi vəziyyətimiz pisləşdiyi üçün işə gedib-gəlməyə yol pulu tapa bilmədik və məcbur olub 6 nəfərimiz işdən çıxdıq.

Cənab Prezident!

Space TV biz 13 mühafizə işçisinin pulunu verməməklə, bizi qəsdən pis vəziyyətə salır. Ona görə də Space TV rəhbərliyində olan arxayınçılığı nəzərə alaraq, yalnız Sizdən xahiş edirk ki, mənə çatası 1701 manat pulun hesablanıb verilməsinə köməklik göstərəsiniz. Göstəriş verəsiniz ki, Space TV tərəfindən maaşımızın ödənilməsi dərhal icra olunsun”.

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.