Sizin reklam burada
Sizin reklam burada

Sumqayıt məktəblərinin 20 faizi direktorsuz qalıb

Sumqayıt məktəblərinin 20 faizi direktorsuz qalıbYerli KİV-də Sumqayıtda fəaliyyət göstərən 50 ümumtəhsil müəssisəsindən 30-nun direktoru olmaması barədə xəbərlər yayılıb. İddia olunur ki, direktor vəzifəsi yerlərinin boş qalmasının direktorların işə qəbulu vakansiyası ilə əlaqəsi yoxdur.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusununa cavab olaraq bildirilib ki, Sumqayıtda 50 ümumtəhsil məktəbi var:

“Onlardan 10 məktəbdə hazırda direktor vəzifəsi vakantdır və bu vəzifə müvəqqəti olaraq direktor müavinləri və ya Təhsil Şöbəsinin metodistləri tərəfindən icra edilir. Təhsil Nazirliyinin 18.10.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, vakant direktor vəzifələri ötən ilin noyabr ayında müsabiqəyə çıxarılıb”.

“Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş şəkildə təşkil edilən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək müqaviləsi imzalanacaq”, - deyə nazirlikdən bildirilib.

  • Sosial şəbəkədə paylaş