Afiq Səfərov "Azərsun"dan getdi

Cəmiyyət

40

Afiq Səfərov "Azərsun"dan getdi"Azərsun Holdinq"in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov tutduğu vəzifədən ayrılıb.

Missiya.Az-ın əldə etdiyi məlumata görə, A.Səfərov öz ərizəsi ilə işdən çıxıb. Lakin məlumatlı mənbələrin iddiasına görə, Afiq Səfərovun işdən çıxmasının daha dərin səbəbləri var.

A.Səfərovun yerinə artıq təyinat da olub. "Azərsun Holdinq"in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinə bundan sonra Kazım Babayev rəhbərlik edəcək.

Məsələ ilə bağlı A.Səfərovla əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, zənglərimizə cavab ala bilmədik.

Qeyd edək ki, son dövrlər "Azərsun Holdinq"in daxilində müəmmalı gəlişmələr müşahidə olunur. Detallara aydınlıq gətirməyə çalışırıq.

Mövzu diqqətimizdədir.