Bu ərazilərdə işıq olmayacaq

Cəmiyyət

39

Bu ərazilərdə işıq olmayacaqBu ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq.

Azərişıq ASC-dən Axar.az-a verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satış İdarəsinin (ETSİ) xidmət ərazisində yerləşən 110/35/6 kV-luq 136 saylı y/st-ya gələn 110 kV-luq elektrik verilişi xəttində yenidənqurma işləri ilə əlaqədar olaraq 14-15 yanvar 2019-cu il tarixlərində Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə Azərişıq ASC istehlakçılardan üzr istəyir.