Sürücülərin nəzərinə: Bu küçə 6 saat bağlı olacaq

Cəmiyyət

83

Sürücülərin nəzərinə: Bu küçə 6 saat bağlı olacaqYasamal rayonunda 6 saat avtomobillərin hərəkəti məhdudlaşdırılıacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, Asan xidmət mərkəzinin qarşısındakı yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq, bu gün saat 23:00-dan sabah səhər 05:00-dək avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq .

Agentlik vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq, alternativ yollardan istifadə etmələrini xahiş edir.