Azərbaycanda yüksək vəzifəli şəxsin ayaqları tutulub, yeriyə bilmir

Cəmiyyət

96

Azərbaycanda yüksək vəzifəli şəxsin ayaqları tutulub, yeriyə bilmir"Çəkim artıq olduğu üçün həkimlər məni əməliyyat etməkdən imtina etdi”.

Bu sözləri "Report"a açıqlamasında "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərov səhhəti ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

O, ayaqlarının tutulduğunu, yerimə qabiliyyətini itirdiyini və hazırda ev şəraitində müalicə aldığını bildirib.

Qeyd edək ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub. O, 2005-ci ilin oktyabr ayından "Azərenerji"nin vitse-prezidentidir.