Sabunçu-Zabrat yolunda tıxacın qarşısını almaq üçün dayanacaqların yeri dəyişdirilir

Cəmiyyət

36

Sabunçu-Zabrat yolunda tıxacın qarşısını almaq üçün dayanacaqların yeri dəyişdirilirPaytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir.
Sabunçu-Zabrat yolunda tıxacın qarşısını almaq üçün dayanacaqların yeri dəyişdirilir
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, bu çərçivədə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb.
Sabunçu-Zabrat yolunda tıxacın qarşısını almaq üçün dayanacaqların yeri dəyişdirilir
Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq.