AMEA-da işıqlar niyə söndü? - RƏSMİ

Cəmiyyət

75

AMEA-da işıqlar niyə söndü? - RƏSMİSosial şəbəkələrdə AMEA-nın işığının söndürülməsi ilə bağlı paylaşımlar edilib.

Publika.az məsələyə aydınlıq gətirmək üçün “Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, artıq binaya elektrik enerjisinin verilməsi bərpa edilib:

"Elektrik enerjisinin kəsilməsi binanın elektrik avadanlıqlarında yaranan problemlərdən qaynaqlanıb. Problem binanın özündə olub və artıq həll edilib. Binada elektrik enerjisinin verilişi bərpa edilib".