TƏCİLİ: Rövnəq Abdullayevlə Tarif Şurasının yoxsul xalqa “benzin terroru” - Bahalaşma...

Cəmiyyət

94

TƏCİLİ: Rövnəq Abdullayevlə Tarif Şurasının yoxsul xalqa “benzin terroru” - Bahalaşma...Ölkədə növbəti böhranın qorxulu səsləsi eşidilir; Əhalini sosial vəziyyətinin ağırlaşmaqda olduğu zamanda "Ai-92" markalı benzinin qiyməti qalxa bilər...

FİA.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı xəbərə görə, SOCAR və Tarif Şurası xalqa yeni iqtisadi bomba hazırlayırlar.

Çünki Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalın dayandırılması zamanı daxildə "Ai-92" markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla bağlı saziş gələn ay imzalanacaq.

Nəticədə SOCAR Tarif Şurasına müraciət edəcək, qurum qiymət məsələsinə baxacaq və artıma gediləcək.

Yay mövsümündə daxildə hansı həcmdə "Ai-92" markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir.

Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək.

SOCAR rəsmisinin açıqlaması ətrafında açılan müzakirələr cəmiyyətdə “Aİ-92” markalı benzinin bahalaşacağı haqda fikir formalaşdırıb.

Əgər bahalaşma olarsa, avtomatik bazarlarda qiymətlər qalxması qaçılmaz olacaq. Belə bir iqtisadi “terror”la xalqa zərbə endirilməsi zamanı deyil.

Xalq dövlət rəhbərliyinə güvənir və SOCAR-ın prezidentə qarşı bu addımı təxribat kimi qiymətləndirilir.

Deputat Vahid Əhmədov modern.az-a deyib ki, zavodun fəaliyyətini dayandırması müvəqqəti xarakter daşıyır:

“Buna görə də narahat olmağa dəyməz. Təmirin müddəti işin gedişatından asılı olaraq, 30-35 gün və daha çox davam edə bilər. Maksimum 2 ay çəkəcək. Bu müddət ərzində ehtiyat benzindən istifadə olunacaq”.

Deputatın sözlərinə görə, “Aİ-92” markalı benzin hetiyatı kifayət etməzsə, xaricdən idxal olunacaq:

“Çox güman ki, ehtiyac yaranacağı təqdirdə Rusiyadan əlavə benzin idxal ediləcək. Düşünürəm ki, ciddi problem olmayacaq. Amma mümkündür ki, idxal olunduğu üçün benzinin qiymətində artım olsun.

Yəqin ki, hökumət bağlayacağı müqaviləyə əsasən, bu məsələni də tənzimləyəcək. Ümumilikdə 2 ay müddətində benzinin qiymətinin bahalaşacağı istisna edilmir”.

V.Əhmədov deyib ki, bağlanacaq müqavilədə qiymətlər normal olarsa, benzinin qiymətinə təsir etməyəcək: “Yox əgər yüksək olacaqsa, bahalaşacaq”.

Deputat qeyd edib ki, idxal benzin qiymətlərə təsir edəcəyi təqdirdə, bu da müvəqqəti olacaq:

“Bahalaşma olacaq demirik, bahalaşma ola bilər. Əgər idxal benzinə ehtiyac yaranacaqsa. Amma bahalaşma olacaqsa belə, bu, müvəqqəti xarakter daşıyacaq.

Neft Emalı Zavodunda təmir işləri başa çatdırılıb yenidən fəaliyyətə başlayanda, benzinin qiymətinin əvvəlki səviyyəyə gətiriləcək”.

FİA.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı xəbərə görə, deputat da nə dediyini fərqində deyil. O da əmin deyil ki, qiymətlər tənzimlənə bilər.

İstənilən halda bahalaşmanı istisna etmir. Amma hökumət bilməlidir ki, əhalinin durumu yaxşı deyil. Vətəndaşlar kredit borcları, dolanışıq problemləri içində boğulur.

Xalq kredit borcları içində, yoxsulluq, işsizlik, aztəminatlı ailələr çətin vəziyyətdə, şəhid ailələri, qazilərin ehtiyacları var, gənclər iş tapa bilmirlər, kirayələrdə yaşayırlar.

Ancaq məmurlar ölkənin sərvətlərini, milyonlarını xaricə daşıyırlar. üç il ərzində gedən dəhşətli bahalaşma büdcəmizə nəinki ziyan vurub, ağır zərbələr endirib.

Ona görə də əhali manatın dəyərsizləşməsindən sonra özünü toparlaya bilmir. Bazarlardakı bahalıq, istehlak zənbilində xərclərin çoxalması bu tariflərə uyğundur.

Çünki insanlar üç ildə sürətlə yoxsullaşıb, xərclər artıb, ucuzlaşma çox cüzi gedib, maaşlar qalxmayıb, işsizlərin sayı çoxalıb. Odur ki, devalvasiya iqtisadi vəziyyətimizi kəskin pisləşdirib.

Bunun səbəbkarı hökumətin iqtisadi blokundakı məmurlardır. Başda maliyyə naziri Samir Şərifov olmaqla yanlış valyuta siyasəti əhalinin orta təbəqəsinin ləğvinə səbəb olub.

Onun istərsə manatın fətvasını verməsi, istərsə Beynəlxalq Bankda gedən maliyyə cinayətlərində rolu dəfələrlə vurğulanıb.

REDAKSİYADAN: Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır