Qalmaqallı direktor vəfat etdi

Cəmiyyət

177

Qalmaqallı direktor vəfat etdi Lənkəran Dövlət Humanitar Kollecinin qalmaqallı sabiq direktoru vəfat edib.

Conflict.az axar.az-a istinadən məlumat verir ki, təhsil ocağına 22 il rəhbərlik etmiş Cahangir İbrahimov dünyasını dəyişib. Onun vəzifəsindən azad edilməsindən sonra Şaban Şəfiyev direktor təyin olunsa da, Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə o da işindən kənarlaşdırılmışdı. Hər iki direktorun dövründə tələbələrin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çoxsaylı şikayətləri daxil olmuşdu. Bu müraciətlər mətbuatda ictimailəşdirilmişdi. Rüşvət faktına görə kollecin İbtidai təhsil fakültəsinin pedaqoji şöbəsinin müəllimi Əliyeva Mailə Kazım qızı işdən azad olunmuşdu.

C.İbrahimov mətbuatda adı tez-tez müxtəlif məsələlərdə hallanan direktor idi.