Deputatın “Favorit”inə təhlükəli duz məhsulları ayaq açıb - Şok ittihamlar

Cəmiyyət

228

Deputatın “Favorit”inə təhlükəli duz məhsulları ayaq açıb - Şok ittihamlarDeputat hacı Madər Musayevə məxsus olduğu iddia edilən “Favorit” marketdəki məhsullar sağlamlığımızı təhdid edir

FİA.Az-ın media üzərindən yaydığı məlumata görə, supermarketdə üyüdülmüş “1-ci növ Ukrayna duzu” adı ilə satılan xörək duzunun tərkibində insan orqanizmi üçün təhlükəli çöküntülər aşkarlanıb.

Bu haqda moderator.az-da yayılmış xəbərdə bildirilir ki, “Tural-İ-91” şirkəti tərəfindən satılan məhsul “Favorit” marketə ayaq açıb.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, saxta, ziyanlı duzlarla vuruşurlar: “20-yədək dövlət orqanına dəfələrlə iradımı yazılı şəkildə bildirmişəm, belə duzların istehsal edildiyi ünvanları göstərmişəm.

Bu barədə həmin saxta “Ukrayna duzu”nu qablaşdırıb satan şirkətin yerləşdiyi Abşeron rayonunun Polis İdarəsinin də kifayət qədər məlumatı var.

Yolların kənarından yığılan, dəri aşılamaq üçün işlədilən duzlar qablaşdırılıb əhaliyə satılır. Bu haqda Qida Təhlükəsizliyi Dövlət Agentliyinə də böyük bir məktub göndərmişəm.

Lakin dövlət orqanları, demək olar ki, heç bir tədbir görmür. Odur ki, bu cür saxta, ziyanlı duzlar kütləvi şəkildə satılır və insanların sağlamlığına böyük ziyan vurur”.

FİA.Az xəbər verir ki, “Favorit” marketdə keyfiyyətsiz məhsullar ilk dəfə satılmır. Deputatı xalqın sağlamlığı yox, cibi düşündürür.

Hacı Madər seçicilərinə, əhaliyə deputat kimi necə laqeyddirsə, biznes adamı kimi də istehlakçılara qarşı biganədir.

Məlumata görə, həmin duzlar yodsuzdur. Və ölkədə duzun yodlaşdırılması haqda qanun qəbul edilib. Həmin qanunla yodsuz duzun istehsalı, satışı, hətta heyvanlara belə, verilməsi qadağan edilir.

Sadəcə, sovet dövründən bəri Ukrayna duzunun keyfiyyətli olması insanların beynində stereotipləşməsindən və cəzasızlıqdan istifadə edərək bu cür saxta, yodsuz, zərərli duzları əhaliyə sırıyırlar.

Bir müddət əvəvl “Favorit" marketdə satılan "Çar" əmtəə nişanlı mannı yarmasının keyfiyyətsiz olması barədə Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti araşdırma aparmışdı.

Deputat Hac Madər Musayevin marketində soyğunçuluq və fırıldaqçılıq adi hala çevrilib. Artıq sosial şəbəkələrdə də bu haqda şikayətlər qeyd olunur.

Market bu yolla keyfiyyətsiz və vaxtı keçmiş məhsulları istehlakçılara sırımaqla pul qazanmağa çalışır. Lakin ticarət obyektinin rəhbərliyi anlamır ki, bu cür fırıldaqçı yollarla yalnız və yalnız marketin imicinə zərər gətirə bilər.

Bundan başqa redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, sözügedən marketdə satıcılar çəkidə istehlakçıları aldadırlar. Belə ki, un, şəkər tozu, qənd, meyvə-tərəvəzi çəkərkən alıcılara kələk gəlirlər.

Alıcılar isə həmin an bunun fərqində olmasalar da, alıb evə apararkən market fırıldaqçılarının qurbanına çevrildiyini görürlər. Bundan başqa vitrindəki qiymətlərlə kassada vurulan qiymət arasında çox fərq olur.

Qeyd edək ki, "Favorit" marketlər şəbəkəsinin millət vəkili Madər Musayevə məxsus olduğu iddia edilir.

Madər Musayevin Binəqədi rayonundan deputat seçilməsi və həmin marketlər şəbəkəsinin daha çox Binəqədi rayonu ərazisində fəaliyyət göstərməsi bütün diqqəti onun üzərinə yönəldib.

Yayılan məlumatlara görə, Madər Musayevə məxsus "Favorit" marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb.
Sonra market şəbəkəsinin “Veysəloğlu”na keçdiyi haqda xəbərlər yayılıb.

Şirkətin mövqeyini dərc etməyə hazırıq.