Tarix : 12-09-2017, 10:12 | Bölmə: Cemiyyet |
Ahıl və tənha insanların gəzintisi təşkil edildiGender Bərabərliyi İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ahıl və tənha insanların gəzintisinin təşkili” adlı layihəsini həyata keçirir.
Ahıl və tənha insanların gəzintisi təşkil edildi
Gəzinti xarakterli olan layihədə nəzərdə tutulan tədbirin birinci turu İsmayıllı rayonunda həyata keçirildi.
Layihənini məqsədi qayğıya daha çox ehtiyac duyan ahıl, tənha insanların vaxtlarının səmərəli keçirilməsi məqsədilə onların səfalı yerlərə gəzintisinin təşkil edilməsidir.
Ahıl və tənha insanlara qayğı göstərilməsi onların qayğı ilə əhatə olunması və nəvaziş göstərilməsi layihənin əsas xəttini təşkil edir.
Ahıl və tənha insanlar və işçi qrupu əsas iştirakçılar idi.
Layihə rəhbəri Ş.Əliyeva, layihə rəhbərinin köməkçisi F.Xəlilov, hədəf qrupu nümayəndələri A. Məmmədova, H. Qəniyev, S.Mirzəyeva və s. Tur zamanı çıxışlar oldu. Gəznti iştirakçıları öz minnətdarlıqlarını donor təşkilata və İctimai Birliyə bildirdilər. Ahıl və tənha insanlar tədbirdən məmnun qaldıqlarını və belə tədbirlərin mütamadi olaraq təşkil edilməsini arzu etdilər.

Conflict.az dle 10.1
(Reytinq:1)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla