Lerikdə təhsil şöbəsinin müdiri vətəndaşı ölümlə hədələdi- ŞOK İDDİA

Cəmiyyət

45

Lerikdə təhsil şöbəsinin müdiri vətəndaşı ölümlə hədələdi- ŞOK İDDİARedaksiyamıza şikayət edən Lerik rayon Çayrud kənd sakini Novruzaov Rahim Balasən oğluna küt alətlə xəsarət yetirilib.

Belə ki, bir müddət əvvəl saytımızın elektron ünvanına(dosye.org@mail.ru) Lerik RTŞ-nin müdiri Balaşirin Nəsirov haqqında şok məlumatlar verən rayon sakini gözlənilməz hadisə ilə qarşılaşıb. Zərərçəkmiş Rahim Novruzovun dediklərindən: "

Övladım Novruzzadə Əli Rahim oğlunu kənd xəstəxanasına aparırdım ki, həkimlər üzərində olan tikişləri açsın. Bütün bunlar üçün baş həkimə minnətdarlığımı bildirmək üçün otağına keçmək istədim. Bildirdilər ki, baş həkim təcili işlə bağlı çağrıldı. Qapıdan çıxmaq istəyəndə, xəstəxananın xadiməsi Nailə adlı şəxs baş həkim diş həkimin otağında olduğunu bildirdi. Mən diş həkimin otağına keçib baş həkimə öz təşəkkürümü bildirdim. Qapıdan çıxanda mübahisə etdiyim şəxs və Xəstəxananın Təsərrüfat üzrə müdür müavini Mirzəyev Şakir Şiri oğlu 10-15 sm uzunluğunda olan küt alətlə üzərimə hüçüm çəkdi. Uşağı vurmaq üçün cəhd edirdi. Mən uşağa xəsarət olmasın deyə əlimi bıçağın qabağına verdim. Sağ əlim bıçağın zərbəsindən xəsarət aldı. Dərhal Çayrud kənd icra nümayindəsinə getdim ki, şikayət edim. Xəstəxananın baş həkimi icra nümayindəliyinə gələrək Şakir Mirzəyevi ora gəlməsini tələb etdi. Kəndin icra nümayindəsi Xanlar Həmidov və baş həkim bizi barışdırdı. 16.12.2016-ci il təxminən saat 12 radələrində yenidən mənim qarşımı kəsərək əlindəki ağacı başımda sındıracağını bildirdi. Bu barədə Lerik RPŞ-nə məlumat vermişəm. Və hal-hazırda polis idarəsində araşdırma davam edir. Bir faktı nəzərinizə çatdırım ki, mən Lerik RTŞ-nin müdiri Balaşirin Nəsirov haqqında Lerik rayon Prokurorluğuna, polis şöbəsinə və DTX-nə şikayət etmişəm. Lakin təhsil şöbəsinin müdiri rayonun mərkəzində məni öldürəcəyini bildirdi. Haqqımı tələb etmək istəyimi bu yolla əngəlləmək istəyənlər düşünmür ki, mən geri çəkilən deyiləm. Dosye.az saytın vasitəsi ilə dövlət qurumlarına və hüquq mühafizə orqanlarına müraciət etmək istəyirəm. Xahiş edəcəyəm ki. Mənim və ailəmin təhlükəsizliyinə təminat verilsin."
Conflict.az