Seçicilər keçmiş MTN-çi deputatı axtarır: Hacı Salayevin obyektlərinin siyahısı

Cəmiyyət

237

Seçicilər keçmiş MTN-çi deputatı axtarır: Hacı Salayevin obyektlərinin siyahısı44 saylı Sumqayıt-Xızı seçki dairəsinin deputatı seçicilərinin, seçicilər isə millət vəkilinin yadından çıxıb

Politika.Az-ın “lal deputat” rubrikasının bu dəfəki qonağı olan Salayev Hacı Baba oğlu nə həmkarlarının, nə spikerin, nə də seçicilərinə yadına düşür.

2015-ci ildə mandatını qoltuğuna vurub gedən H.Salayevin biznes işi o qədər gərgin, sıx qrafiklidir ki, parlamentdə fəallıq göstərməyə, seçiciləri ilə görüşməyə vaxtı olmur.

Onun Milli Məclisin iclaslarında iştirak edərkən hər hansə təkliflə çıxış etdiyini görən olmayıb. Sumqayıt və Xızı seçiciləri deyirlər ki, ölkədə manatın ucuzlaşması, əhalinin kredit, kommunal, işsizlik və başqa sosial problemləri H.Salayevi maraqlandırmır.

Politika.Az xəbər verir ki, AST Telman kimi tanınan milyarder Telman İsmayılovla qohum olduqdan sonra MM üzvü Hacı Salayev biznes imkanlarını daha da böyüdüb.

Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də «Trust» Mühafizə şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir.

Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var. «Trust»un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında «Pepsi-coca cola» şirkəti də var.

Hacı Salayevin oğlu Kənan Salayev milyarderin qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Telman İsmayılovla qohum olandan sonra Hacı Salayevin maliyyə imkanları daha da genişləndiyi və bitərəf deputat obyektlərinin sayını artırmağa başladığı bildirilir. Onun Türkiyədə də biznes qurması yayılan xəbərlər arasındadır.

Politika.Az mediada yayılan xəbərlərə istinadən bildirir ki, onun MTN zabiti olması sabiq nazir Eldar Mahmudovla əlaqələrini araşdırmağa əsas yaradıb.

Bu da Salayev üçün yeni təhlükəli situasiyadır. Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olub.

Xidmət etdiyi müddət ərzində əməliyyat müvəkkilindən şöbə rəisi vəzifəsinədək ucalıb. Ehtiyatda olan polkovnik rütbəli zabitdir. MM üzvü Konstitusiyanın tələblərini pozaraq özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Millət vəkili “Lake Palace Hotel”i tikdirib. Onun oğlu Turqut Salayev isə 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınları ilə şəhərdə meydan sulayır. İndi seçiciləri bu deputatı axtarır. Qarşı tərəfi dinləməyə hazırıq.
Conflict.az