Lənkəran sakini prezidentə müraciət etdi: "Sizə yazdım, məhkəməyə verildim"

Cəmiyyət

12 840

Lənkəran sakini prezidentə müraciət etdi: "Sizə yazdım, məhkəməyə verildim"Lənkəran şəhər sakini, Ş.Xiyabani 157, mənzil 8-də yaşayan, təqaüdçü Məmmədov Nazim Qulam oğlu Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

O, müraciətində rayondakı məmur özbaşınalığından və üzləşdiyi qanunsuzluqlardan bəhs edir.

Arqument.Az-a göndərilən müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli Prezident!

Ataların belə bir məsəli var: "Düşmənini uzaqda axtarma, o həmişə sənin etibarlı bildiyin adamlar arasındadır". Dövlət əmlakını dağıdanlara, korrupsiya, rüşvətxorluqla məşğul olanlara qarşı içtimaiyyət də biganə qalmamlıdır. Çağrışınıza mən də ictimaiyyətin bir üzvü olaraq, qoşulmuş, Sizin sözünüzü özümə arxa bilib "Lənkəransutikinti” Özəl TM-nin müdiri Ələkbərov Həsənağa Məhərrəm oğlunun dövlət əmlakının mənimsəməsi və işində korrupsiya ilə məşğul olması barədə faktlar əsasındakı materialları Sizə və aidiyyatı orqanlara göndərmişəm.

Prezident Adminstrasiyasına ünvanladığım müraciətlərimin cavabları araşdırılmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə göndərilsə də, mənə kömək etmək əvəzinə, əfsuslar olsun ki, həmin müraciətləri dövlətimizin külli miqdarda vəsaitini mənimsəyən Ələkbərov Həsənağa Məhərrəm oğluna təqdim ediblər. O da Lənkəran İcra Hakimiyyəti tərəfindən verilmiş həmin məktublara siyasi don geyindirərək məni məhkəməyə verib. Bir sözlə, bir vətəndaş olaraq, mənə sayğısızlıq edilmiş, Prezidentə ünvanladığım məktublarımın cavabını mənə vermək əvəzinə, Ələkbərov Həsənağa Məhərrəm oğluna veriblər.

Cənab Prezident, Ələkbərov Həsənağanın faktlar əsasında cinayət xarakterli əməlləri barədə birinci dəfə Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova müraciət etmişəm. Müraciətimə Taleh Qaraşovun müavini Möhübbət Babayev cavab verərək bildirib ki, Ələkbərov Həsənağanın cinayət xarakterli əməllərini bizə yox, aidiyyatı orqanlara müraciət etməyiniz tövsiyə olunur. Mən də Möhübbət Babayevin dediyi kimi hərəkət etdim. Sonradan başa düşdülər ki, Ələkbərov Həsənağanın cinayət xarakterləri əməllərinə şərait yaradan və ona göz yuman elə Lənkəran İcra Hakimiyyətinin özü imiş. Bunu gec başa düşən Lənkəran icra başçısı Taleh Qaraşov və Möhübbət Babayev məni susdurmaq məqsədi ilə Ələkbərov Həsənağa ilə birləşərək ona himayədarlıq etməyə başlayıblar. Mənim Prezidentə göndərdiyim müraciətlərimə siyasi don geydirərən də bunlar olub.

Möhtərəm Prezident!

Mən bilirəm ki, Siz Taleh Qaraşovu Lənkəran rayonuna icra başçısı təyin edərkən, iki yüz əlli mindən çox Lənkəran əhalisinin taleyini ona tapşırmısız. O, rayonun hər bir vətəndaşına cavabdehlik daşıyır. Ancaq İcra Hakimiyyətində baş verənlər onu sübut edir ki, cinayət xarakterli işlərin arxasında elə Taleh Qaraşovun özü durur. Fakt olaraq Lənkəran İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Emin Quliyevin 13.10.2016-ci il tarixli 10-50/8-1467 nömrəli məktubunda Masallı rayon hüquq məsləhətxanasının vəkili Nicat İslamova verdiyi faktlar yalandır. Belə ki, Lənkəran rayonu, Nərimanabad I qəsəbəsində 4 hektar zəbt edilmiş torpaq sahəsində ulu öndərimizin adına park salaraq onun ətrafında balıq saxlama gölü yaratmışdır. Sonra götürdüyü 1 hektar torpaq sahəsini bir metr hündürlükdə çay daşı ilə doldurub. Bu çay daşını haradan gətirilməsi barədə heç bir sənədi yoxdur. Deməli, bu çay daşı haradansa oğurlanıb. Dövlətimizi və dövlətçiliyimizi təhqir edən Ələkbərov Həsənağanın bu əməlini ört-basdır etmək istəyən Taleh Qaraşov bilməlidir ki, o hörmətli Prezidentimizin ona etibar etdiyi ehtimadını doğrultmalıdır. Əksinə, ona hörmətsizlik etməməlidir.

Cənab Prezident, çıxışlarınızda söylədiniz ki, rayon ərazisində, rayon İH-i baş verən hallara nəzarət edir. Bəs nə üçün göstərdiyim faktlara Lənkəran rayon İcra Hakimiyyəti nəzarət etməmişdir? Belə olmasaydı, İcra Hakimmiyyətində baş verənlərdən, göndərilən müraciətlərimə siyasi don geydirib Ələkbərov Həsənağa vasitəsi ilə cənab Prezidentimizin adının hallandırılmasına imkan verilməzdi. Demək, belə başa düşülür ki, icra başçısı Sizin verdiyiniz fərmanlara, sərəncamlara heç bir əhəmiyyət vermir. Taleh Qaraşov və onun müavini nəyə əsasən Ələkbərov Həsənağaya himyədarlıq edirlər? Ona görə ki, mən Ələkbərov Həsənağnın dövlətə vurduğu külli miqdarda ziyana görə bütün əlaqədar nazirliklərə, cənab Prezidentə məlumat vermişəm. Əksinə Ələkbərov Həsənağanın cinayət xarakterli işlədiyi müddətdə törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək əvəzinə, Taleh Qaraşov və onun əlaltıları məni polislə hədələyirlər. Mənim etdiyim müraciətlərə görə, mənə böhtan xarakterli məhkəmə vasitəsi ilə qorxudurlar. Söhbət Ələkbərov Həsənağanın dövlətə vurduğu külli miqdarda müxtəlif yollarla vəsaitlərin mənimsənilməsindən gedir. Həmişə haqq qalib gəlir. Yuxarıda Allah var. Onlar elə başa düşürlər ki, məni müxtəlif qorxularla susdura bilərlər? Ancaq mən öz Prezidentimə inanaraq, Ələkbərov Həsənağa və ona himayədarlıq edən icra başçısının işçilərinə qarşı hər gördüyüm neqativ hallara göz yummayacağam. Bu müraciətimdən sonra ola bilər ki, mənim haqq səsimə görə mənə böhtanlar atsınlar. Ancaq mən subut edəcəyəm ki, icra başçısının və onun müavinlərinin mənə qarşı qurduğu tələyə, onlar özləri düşəcəklər. Çünki xalqı özündən narazı salan, əməlləri ilə xalqı-dövlətdən incik salan, dövlətçiliyimizə qarşı maskalanmış, ancaq özünün və ətrafındakılarının mənafeyini güdən Taleh Qaraşov kimi icra başçılarına ölkəmizdə yer olmamalıdır.

Mən prezidentimiz cənab İlham Əliyevə sadiq adamam, Müstəqiliyimizə, dövlətimizin siyasətinə əngəl olan belə məmurlara qarşı mübarizəmi davam etdirəcəyəm. 1988-1993-cü illərdə ölkəmizə qarşı erməni təcavüzü, daxili vəzifə çaxnaşmaları, özbaşınalıqlara qarşı mübarizə aparmışam. Onlara göstərdiyim müqavimətə görə, yaşadığım vaqon evimi yandırırdılar. 1993-cü ildə Heydər Əliyevi dəstəkləmişəm. Onun bizə qoyduğu bu gün ki, gözəl həyatı heç kim unuda bilməz. Dövlətçiliyimizə qarşı və daxili və xarici siyasətinin davamçısı cənab İlham Əliyevin tapşırıq və fərmanlarını, öz yazılmamış qanunları ilə, şəxsi maraqlarına qulluq edənlərə qarşı mübarizə aparmışam və yenə də aparacağam. Ölkə başçısının daxili və xarici siyasətini həmişə xalqımın qarşısında təbliğ etmişəm və edəcəyəm. Bəs Taleh Qaraşov kim olub?

Hörmətli Prezident, mən geniş məzmunlu müraciətimi, Sizə sosial şəbəkələr və mətbuat vasitəsi ilə çatdıracağam. Əgər o vaxta qədər məni udsalar, Siz də bilin ki, Sizin inandığınız bəzi icra başçıları yerlərdə ancaq öz mənafeyləri üçün çalışır. Sizin arxalandığınız xalqa qarşı zülm edirlər. Siz həmişə hər bir vətəndaşının yanında olmağınızı bəyan etdiyiniz təqdirdə, onlar və himayədarları əl-ələ verib var-dövlət yığımı ilə, düzü yazanı da, ləkələməklə məşğuldurlar. Mən bir ağsaqqal kimi həmişə içtimaiyyətin arasında gəzən adamam. Həmişə dövlətçiliyimizi qoruyub dəstəkləmişəm. Xalq arasında nüfuzum olduğuna görə Sizin daxili və xarici siyasətinizi həmişə təbliğ etmişəm. Sizə və dövlətçiliyimizə qarşı, Lənkəran şəhərində vətəndaşlarla sorğu aparılsa, mənim dövlətçiliyimizə qarşı necə adam olmağım Sizə bəlli olar. Odur ki, Sizdən xahiş edirəm mənim haqqımda dövlətimiz və Sizə qarşı içtimaiyyətin rəyini sorğu vasitəsi ilə bilməyiniz çox ədalətli olardı!

Cənab Prezident, uzun illərdir, 6 övladıma və 7 nəvəmə təbliğ etdiyim və müdafiə etdiyim dövlətim haqqında söylədiyim xoş sözlərimə görə nəvələrim mənə tənə vurub deyirlər ki, baba, zəhmətinin bəhrəsi budurmu, yaşının bu vaxtında səni məhkəmələrə verirlər? Cavabında söylədim ki, əziz övladlarım onlar mənim haqq səsimi heç vaxt boğa bilməzlər!
Cənab prezident, mən sizə inanıram və bu məsələni diqqətdə saxlamağınızı xahiş edirəm!

Hörmətlə, Məmmdov Nazim Qulam oğlu"

Müraciətdə adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Conflict.az