MTN bandası hansı kolbasa firmalarına basqın edib?

Cəmiyyət

132

MTN bandası hansı kolbasa firmalarına basqın edib?MTN bandası kolbasa və sosiska istehsal edən müəssisələrə də basqın edirmiş

Politika.Az-ın xəbərinə görə, Eldar Mahmudov dəstəsi reklamı gedən və populyarlaşan kolbasa firmalarını soymaqla məşğul olub.

Onların sırasında məşhur brend kolbasa şirkətləri olsa da, hələlik adlarını açıqlamırıq və araşdırmalar aparırıq.

Ləğv olunmuş nazirliyin əməkdaşları ölkədə satışı yüksək olan kolbasa sexlərinə, müəssisələrinə gələrək milli genefonda təhlükə adı altında təftiş aparırmış. Bu kolbasa məmulatlarının tərkibində mənşəyi bilinməyən ətlərdən istifadə olunması və s. ittihamlarla firmalar təhdidlə üzləşirmiş. MTN çetesi generalların təlimatı əsasında işləyib və onların əmrlərini firma rəhbərlərinə çatdırıb. Onlar isə boyun əyərək tələb olunan məbləği vermək məcburiyyətində qalıblar.

Hətta bəzi kolbasa firmalarının rəhbərliyinə vəhhabi, esktremist hədələri olub. Bu barədə detallı jurnalist təhqiqatı aparırıq və yaxın vaxtlarda sensasion materiallar təqdim edəcəyik.

Politika.Az-ın xəbərinə görə, MTN şəbəkəsinin bu əməliyyatları üzə çıxmayıb və sahibkarlar da heç yerə şikayət etməyiblər.

Belə ki Mahmudov bandası mətbuatda hansı kolbasa firmasından şikayət dərc olunursa, onu təftiş edirmiş. Eləcə də reklam olunan firmaları da eyni tale gözləyirmiş.

Ləğv edilmiş MTN-dəki Çovdarov-Mahmudov qruplaşmasının üzvlərinin Bakıda və ölkənin digər yerlərində çoxsaylı daşınmaz əmlaka, kommersiya obyektlərinə, digər aktivlərə malik olduğu məlumdur.

Hazırda məhkəməsi gedən general Akif Çovdarovun və yaxınlarının çoxsaylı mülkünə, bank hesablarına və digər aktivlərinə həbs qoyulub. Bu aktivlərin dəyəri on milyonlarla manatdır. Çovdarovun aktivləri onun ailə üzvlərinin və çoxsaylı benefisiarlarının adlarına olub.
Conflict.az