Bakının bu rayonunda qaz olmayacaq

Cəmiyyət

136

Bakının bu rayonunda qaz olmayacaq Bu gün Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aparılan abadlıq işləri ilə bağlı, qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi və yeri dəyişdirilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi, eləcə də qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar, oktyabrın 7-də saat 09:00-dan 18:00-dək Abşeron rayonunun Xırdalan şəhəri və Güzdək, Qobu qəsəbələrinin, həmçinin Hökməli, Nübar, Atyalı, Quşçuluq adlanan ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Xəzər rayonunun Şüvəlan və Binəqədi rayonunun Binəqədi, Rəsulzadə qəsəbələri ərazisinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Conflict.az