150 məcburi köçkün ailəsi çıxılmaz durumda

Cəmiyyət

92

150 məcburi köçkün ailəsi çıxılmaz durumda  Buzovna qəsəbəsində yerləşən "Xəzər” sanatoriyasının sakinləri redaksiyamıza məktub göndəriblər. Əsasən Ağdam rayonundan olan 150 məcburi köçkün ailəsi illərdir bu sanatoriyada qəzalı vəziyyətdə yaşayır. Binada su və kanalizasiya xətləri bərbad durumdadır. Qaz xətti isə, ümumiyyətlə yoxdur. Elə bu üzdən də sakinlər qaz balonu işlətmək məcburiyyətindədirlər. Yaxın günlərdə qaz balonunun partlaması nəticəsində bina yararsız hala düşüb. Sakinlər yazır ki, elə yanğın çıxdı ki, FHN-nin 6 yanğınsöndürən maşını gəlib söndürə bildi. Bu hadisədən sonra da bina daha yayarsız hala düşüb. Məktubda deyilir ki, hər seçki öncəsi rəsmi şəxslər gəlib ailələri qeydiyyata alır, söz verir, sakinlərin evlə təmin olunacağını vəd edib gedirlər. Bu hal eləcə 23 ildir davam edir. Buradan problemi səlahiyyətli qurumlara çatdırır, ümid edirik ki, həyatı təhlükə qarşısında olan ailələrin harayını eşidən tapılacaq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. \Gundelik-baku.com\
150 məcburi köçkün ailəsi çıxılmaz durumda
150 məcburi köçkün ailəsi çıxılmaz durumda
150 məcburi köçkün ailəsi çıxılmaz durumda

Conflict.az