İki gündə 22 mindən çox qayda pozuntusu- Baş Dövlət Yol Polisi

Cəmiyyət

91

İki gündə 22 mindən çox qayda pozuntusu- Baş Dövlət Yol PolisiAvqustun 27-28-də respublika ərazisində 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkarlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması hallarının qarşısının alınması istiqamətində idarə tərəfindən reydlər davam etdirilir.

Respublika ərazisində təkcə şənbə və bazar günlərində ümumilikdə 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkar edilib. Onlardan da 10 mindən çoxu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanıb.

Qalan 12 mindən çox qayda pozuntusu isə yol hərəkətinə nəzarəti həyata keçirən dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən aşkarlanıb. Həmin faktlardan 163-ü nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı olub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sürücülərindən yol hərəkəti qaydalarına ciddi əməl etmələrini tövsiyə edir.


Conflict.az