Zərdab rayonunda ünvalı sosial yardım imkanli ailələrə verilir

Cəmiyyət

607

Zərdab rayonunda ünvalı sosial yardım imkanli ailələrə verilir Ölkədə məhz aztəminatli ailələrə ünvanlı sosial yardım təyin edilsə də, Zərdab rayonunda bundan məhz imkanli ailələr istifadə edirlər.
Zərdab rayon Çallı kənd sakini Eminov Sahil Surət oğlu Conflict.az-ın elektron ünvanına şikayət məktubu göndərib. S.Eminov məktubunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zərdab rayon şöbəsinin əməkdaşı Ceyhun Qəribovun əməllərindən ƏƏSM naziri Səlim Müslümova şikayət edir və Conflict.az-dan bu məktubu dərc etməyi xahiş edir. Məktubda deyilir:
Mən Eminov Sahil Surət oğlu mətbuat vasitəsilə Əmək və Əhalinin Sosial Mudafiəsi naziri Səlim Muslumov cənablarina bildirmək istəyirəm ki, Zərdab rayon sosial mudafiə şöbəsində özbasinaliq bas alib gedir. Belə ki, fevral ayının əvvəlində sosial yardim almaq məqsədilə nazirliyin yerli şöbəsinə muraciət etdim. Zəruri sənədlərlə bağlı məlumatlandırıldım. 19 fevral 2015-ci il tarixdə topladığım sənədləri mərkəzə təqdim etdim. Həmin vaxtdan bu gunə qədər dəfələrlə,mərkəzin əməkdasi Ceyhun Qəribovun (mob:050 879… …) yaninda olsam da,o hər dəfə mənə “narahat olma, gələn ay iki ayliq yardımı bir yerdə alacaqsan” – deyə vədlər verir. Lakin bu günə kimi hələ də təyin olunmuş ünvanlı sosial yardımı ala bilmirəm. Onu da qeyd edim ki, qardasim Eminov Zaur Surət oglu 1994-cu ildə Qarabag doyuslərində səhid olub. Ölkədə məhz aztəminatli ailələrə ünvanlı sosial yardım təyin edilsə də, Zərdab rayonunda bundan məhz imkanli ailələr istifadə edirlər. Necə deyərlər Zərdab rayonunda ƏƏSMN yerli şöbəsi “Həsən ağanın qohumu” olmaq prinsipi ilə isləyir. Bu rayonda aztəminatlı ailə kimi dövlət yardımı almaq istəyirsənsə, gərək mütləq ya Ceyhun Qəribovun qohumu olasan, ya da onun məlum sərtləri ilə razilasasan. Ceyhun Qəribovun sərtləri isə çox ağırdir. Bundan mərkəzin direktoru Canpolad Vəliyevin (050 350 … …) də xəbəri var. Şöbədə təyin edilmiş yardımın alti ayının pulunu öncədən alırlar. Ən yaxsi halda isə ilk alti ayin pulunu Ceyhun Qəribova verəcəyinə onu inandirmalisan. Onun bu sərti ilə razilasmayanlar isə mənim kimi get-gələ salinir. Əgər məsələ yerində arasdirılsa, rayonda hətta xarici masina sahib olan insanlarin sosial yardim almasinin özünüz şahidi olarsınız. Ona gorə də cənab nazir xahis edirəm, rəhbərlik etdiyiniz nazirliyin Zərdab rayon şöbəsində baş verən özbasinaliğin və qanunsuzluğun qarşısını alasıniz və mənim sosial yardim almagima komək edəsiniz.
Hörmətlə,
P,S Ümidvarıq ki,
Eminov Sahil Surət oğlu
Zərdab rayonu Çallı kəndi
Mob: 050 662 … …