Aqil Ələcgərin yeni kitabı nəşr olundu - “Terrorun Gülən üzü”

Cəmiyyət

403

Aqil Ələcgərin yeni kitabı nəşr olundu - “Terrorun Gülən üzü”
Aqil Ələcgərin yeni kitabı nəşr olundu - “Terrorun Gülən üzü” Kitabda xüsusilə Fətullah Gülən Şəbəkəsi ilə bağlı bu vaxta qədər Azərbaycanda yazılmayan həqiqətlərə işıq salınır
“Kitabevim.az” Kitab Evində “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin yenicə işıq üzü görmüş “Terrorun gülən üzü” adlı kitabının təqdimat mərasimi keçirilib. Conflict.az Editor.az-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən müəllif kitabı yazmağının səbəbləri, aktuallığı haqqında danışıb: “Bu kitab Azərbaycanda getdikcə güclənən dini terrorizm dalğası və missioner fəaliyyətlərindən bəhs edir. Kitabda xüsusilə Fətullah Gülən Şəbəkəsi ilə bağlı bu vaxta qədər Azərbaycanda yazılmayan həqiqətlərə işıq salınır”.

“Terrorun gülən üzü”, A.Ələsgərin 2007-ci ildən günümüzə qədər dini sahədə apardığı araşdırmaların toplusudur. Kitabda regionu və ölkəmizi təhdid edən dini təhlükə ilə bağlı maraqlı məlumatlar yer almaqdadır. Dini missionerlərin ölkəmizə hansı yollarla gəldiyinə, hansı resurslara sahib olduqlarına dair müfəssəl məlumat verilir. Azərbaycanda bu sahədə yazılan ilk və geniş kitab olan “Terrorun gülən üzü” İstanbulda nəşr edilib. Kitabın başqa dillərə tərcüməsi də nəzərdə tutulur.

Təqdimat Mərasimində Azərbaycanın tanınmış ziyalıları, millət vəkilləri, ictimaiyyət nümayəndələri və media mənsubları geniş iştirak ediblər

Conflict.az