"Tarqovı"da ağaclar kəsilir? - FOTO

Cəmiyyət

119

"Tarqovı"da ağaclar kəsilir? - FOTO  Bakıda son zamanlar ağacların kütləvi şəkildə qırılması ilə bir-birinin ardınca bir neçə fakt qeydə alınıb.

Məsələn, Yeni Günəşli, 8-ci km qəsəbəsi və sairə. Ötən gün də Bakının mərkəzində, "Torqovı" kimi tanınan Nizami küçəsində ağacların kəsilməsini əks etdirən fotonun yayılması ajiotaja səbəb olub. İddiaya görə, ağacların kəsilməsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yaşıllaşdırma idarəsi, eləcə də İcra Hakimiyyəti məlumatlı olublar. Gundelik-baku.com bildirir ki, Nizami küçəsində ağacların kəsilməsinə aydınlıq gətirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova anspress-ə açıqlamasında deyib ki, yayılan foto bir ay əvvəl çəkilib. "Biz həmin ərazidə ağacları bir ay öncə kəsmişdik. Kəsilən ağaclar isə insan həyatına təhlükə yarada biləcək qovaq ağacları olub. Həmin ağacların yerinə isə Şərq çinarları əkilib". İradə İbrahimova bu fotoları yayaraq çaşqınlıq yaradıldığını deyib. Onun sözlərinə görə, hamı, xüsusilə adıçəkilən nazirlik bir ağacın belə kəsilməsinə qarşıdır. "Amma təhlükəli ağaclar mütləq kəsilir və həmin vaxt da onların yerinə yeniləri əkilir. Bu kimi şəkilləri yayıb insanları aldatmaq olmaz", - deyə mətbuat katibi bildirib.
"Tarqovı"da ağaclar kəsilir? - FOTO
"Tarqovı"da ağaclar kəsilir? - FOTO
Conflict.az