Azərbaycanda azyaşlılara siqaret satanlara ağır cəza

Cəmiyyət

283

Azərbaycanda azyaşlılara siqaret satanlara ağır cəza Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatları satanlar daha yüksək məbləğdə cərimələnəcəklər.
Conflict.az Milli Məclisə istinadən xəbər verir ki, "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqlara etil (yeyinti) spirt, alkoqollu içki və tütün məmulatlarının satılmasına görə tətbiq edilən cərimənin məbləği artırılır.
Yeni layihədə təklif edilir ki, belə hallara görə tətbiq edilən cərimənin məbləği 100 manat olsun. Hazırda isə bu cərimənin məbləği 15 manatdan 40 manata kimidir.