Təhlükəli uşaq qidaları - «Nutrilak», «Nutrilon», «Aptamil»

Cəmiyyət / Səhiyyə

3 872

Təhlükəli uşaq qidaları - «Nutrilak», «Nutrilon», «Aptamil»  Azərbaycanda körpələrini yalnız ana südü ilə qidalandıran analara az rast gəlinir. Bir çox hallarda uşaqlara ana südü əvəzinə müxtəlif mənşəli süni qidalar verilir.

Bəs Azərbaycanda bununla bağlı hansı problemlər mövcuddur? Bu istiqamətdə gundelik-baku.com olaraq araşdırma apararkən məlum oldu ki, bu kimi problemlər tək bizim ölkəmizdə deyil, bütün dünyada mövcuddur. Belə ki, Böyük Britaniya mütəxəssislərin araşdırmasına görə, dünyanın bütün ölkələrində satılan populyar uşaq yeməklərinin tərkibində mərgümüş və digər zəhərli maddələr aşkarlanıb. Həmin qidaları istehsal edən şirkətlər maddələrin insan orqanizmi üçün təhlükəli olmadığını desələr də, ekspertlər bunun tam əksini söyləyirlər. "Organix", "Hipp", "Nestle" və "Holle" uşaq qidaları şübhə altındadır. Bir neçə il əvvəl Türkiyə istehsalı olan və ölkəmizdə də satışı geniş yayılmış “Milupa Aptamil Südlü Taxıl Qarışığı” ilə bağlı Türkiyədə sensasion araşdırma üzə çıxmış və qidanın tərkibində GMO olduğu təsdiqlənmişdi; qonşu ölkədə bu məhsulları satışa buraxanlar üçün uzunmüddətli həbs cəzası nəzərdə tutulmuşdu. Türkiyədə belə ciddi tədbir görülüb, cəzalar verilsə də, ölkəmizdə heç bir tədbir görülmədi. “Milupa Aptamil Südlü Taxıl Qarışığı” süni qida bazarlarda və apteklərdə satılır. Belə zərərli qidaların apteklərdə satılması sağlamlıq ocağı sayılan apteklərin, təhlükə ocağı olduğunu göstərir. Belə geniş səs-küyə səbəb olab bir hadisə ölkəmizdə nədənsə səssiz qarşılandı. Barəsində danışacağımız növbəti zəhərli qida «Nutrilak» olacaq. Bir neçə gün bundan öncə Azərbaycanda satışı olan «Nutrilak» uşaq qidası barəsində təhlükə siqnalı çalındı. Belə ki, bu qidanı istehsal edən şirkətin sahibinin erməni olduğu ortaya çıxdı. Bir bu qalmışdı ki, erməni məhsulları Azərbaycanda satışda olsun, o da oldu. Verilən məlumata görə, Azərbaycanda Rusiyanın «Nutrilak» şirkətinin nümayəndəliyinin satdığı uşaq yeməklərini istehsal edən eyni adlı zavodun rəhbəri ermənidir. Zavodun əsas payçısı olan Davudyan Rusiya vətəndaşıdır və istehsal olunan məhsulların da heç də kiçik hissəsi Azərbaycana gətirilmir. Məsələ ilə bağlı qeyd olunur ki, Davudyanın zavodunda istehsal olunan «Nutrilak», «Nutrilon» və digər məhsulların ölkəmizdə satış dövriyyəsi isə milyonlarla manat hesab olunur. Sahibi erməni olan bir zavodun məhsullarını Bakıda satan «Nutrulek» şirkətinin şəriklərindən biri isə əslən cəbrayıldandır. O Cəbrayıldan ki, hal hazırda ermənilərin işğalı altındadır. Torpağı ermənilər tərəfindən işğal altında olan, dədə-babasını, keçmişini, mədəniyyətini məhv edən o cəbrayıllı deyəsən mənliyini pula satıb. Satmasa bu cür ağır bir şeyi qaldırmaq olmaz. Özünüzü, mənliyinizi pula satmağınıza sözümüz yoxda, erməni şirkətinin Bakıda satan firmanın rəhbərliyi heç düşünməyib ki, bu uşaq yeməklərinin tərkibi sabah balacaların həyatı üçün təhlükə yarada bilər? Ermənilər Azərbaycan xalqının gələcəyi olan körpələri sıradan çıxarmaq üçün ən optimal yollardan birini tapıblar. Gəlin körpələrimizi qurban verməyək.

Conflict.az